Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Belaya Qora qəsəbəsini ələ keçirdiklərini bildirib.
Nazirlik Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatı əks etdirən bəyanat yayıb.
Rusiya qüvvələrinin Ukraynada cəbhə xəttində irəlilədiyi vurğulanan bəyanatda, “Cənub Hərbi Qrupuna aid birliklərin hücumları nəticəsində Donetsk Xalq Respublikasının Belaya Qora qəsəbəsi azad edilib.
Bəyanatda həmçinin qeyd olunub ki, son 24 saat ərzində 364 Ukrayna PUA-sı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, bunlardan 93-ü Rusiya əraziləri, başda Moskva və Qara dəniz üzərində vurulub.
Həçinin Rusiya Müdafiə Nazirliyi 12-18 iyul tarixləri arasında Ukraynanın Xarkov, Zaporojya və Donetsk vilayətlərində 10 yaşayış məntəqəsini ələ keçirdiklərini açıqlayıb.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
