Bu gün:

Çexiyada Marc Marquez sevinib


"MotoGP Dünya Çempionatı"nın 12-ci yarışı olan "Çexiya Qran Prisi"ni "Ducati Lenovo" komandasının ispan pilotu Marc Marquez qazanıb.


Moto idmanlarının ən önəmli yarışlarından olan bu turnirdə mövsümün 12-ci mərhələsi Çexiyanın Brno şəhəri ilə eyni adı daşıyan, 5,4 kilometrlik trasda 21 dövrə üzərindən keçirilib.

MotoGP-də 6 dəfə çempion olan Marquez finiş xəttini 40 dəqiqə 04.628 saniyəlik nəticə ilə birinci keçərək ardıcıl 5-ci, mövsümün isə 8-ci qələbəsini qazanıb.

"Aprilia" komandasından italyan pilot Marco Bezzecchi liderdən 1.753 saniyə geri qalaraq ikinci, "Red Bull KTM" komandasının ispan pilotu Pedro Acosta isə Marquezdən 3.366 saniyə geridə üçüncü olub.

Mövsümün 13-cü yarışı —" Avstriya Qran Prisi "17 avqustda keçiriləcək.


Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə 

Paylaş
Şərh əlavə et