Bu gün:

Ərdoğan Kiprdə "Barış və Azadlıq" bayramında iştirak edəcək


Prezident Rəcəb Tayyib Ərdoğan 20 İyul "Barış və Azadlıq" bayramı, həmçinin Kipr Barış Hərəkatının 51-ci ildönümü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.

Səfər çərçivəsində o, Türkiyənin dəstəyi ilə həyata keçirilən bir sıra layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edəcək.

Ərdoğanın ŞKTC Prezidenti Ersin Tatarla görüşü də nəzərdə tutulur. Prezident Lefkoşada yerləşən Şimal Ətraf Yolu Körpülü Dönmə Nöqtəsi və Əlaqə Yollarının açılışında iştirak edəcək.

Bayram münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus bir sualtı qayıq və üç hərbi gəmi də Şimali Kiprə səfər edəcək.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et