Bu gün:

Los Ancelesdə klub qarşısında sürücü izdihama çırpılıb


Los Ancelesin East Hollywood rayonunda yerləşən “Vermont Hollywood” musiqi klubunun qarşısında bir sürücü avtomobili insanların üzərinə sürüb. Hadisə nəticəsində 30 nəfər xəsarət alıb.

Los Anceles Polis İdarəsinin (LAPD) məlumatına görə, sürücü U-dönməsi etdikdən sonra avtomobili qəsdən izdihama çırpıb. Hadisə yerində insanlar sürücünü avtomobildən çıxararaq döyüblər, onlardan biri isə ona atəş açıb. Yaralanan sürücü xəstəxanaya yerləşdirilib.

Rəsmilər bildirir ki, 7 nəfərin vəziyyəti kritik, 6 nəfər isə ağır yaralanıb. Sürücünün sərxoş olduğu ehtimal edilir. Atəş açaraq hadisə yerindən qaçan şəxsin axtarışı davam edir.

Şəhər meri Karen Bass insidenti “ürək ağrıdan faciə” adlandıraraq, hadisə ilə bağlı tam istintaqın aparıldığını açıqlayıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva 

Paylaş
Şərh əlavə et