Bu gün:

Amazon Prime istifadəçiləri “Scamazon” fırıldaqlarının hədəfində


Son günlərdə Amazon Prime abunəçilərinə göndərilən saxta elektron poçtlar sürətlə yayılmağa başlayıb. Bu məktublarda abunəliyin qiymətinin yüksələcəyi bildirilir və istifadəçilərdən abunəliyi “ləğv etmək” üçün təqdim olunan linkə klikləmələri tələb olunur. Lakin bu linklər fırıldaqçılar tərəfindən yaradılmış saxta Amazon giriş səhifələrinə yönləndirilir və şəxsi məlumatları ələ keçirmək məqsədi daşıyır.

Amazon 200 milyondan çox Prime üzvünə bu tip saxtakarlıq halları ilə bağlı xəbərdarlıq məktubu göndərib və bildirib ki, şirkətin adı altında insanların etibarından istifadə edilərək məlumatlarının oğurlanmasının qarşısı alınmalıdır. Şirkət ötən il 55,000-dən çox fişinq saytını və 12,000 telefon nömrəsini bağlatdırmağa nail olub.

Şübhəli mesajlara klikləməmək, rəsmi Amazon tətbiqindən və ya amazon.co.uk saytından istifadə etmək, və iki addımlı doğrulama (2SV) funksiyasını aktivləşdirmək tövsiyə olunur. Həmçinin saxta mesajlar amazon.co.uk/reportascam ünvanına yönləndirilə bilər.

İstifadəçilərə xəbərdarlıq olunur: Amazon heç vaxt sizdən şəxsi məlumatlarınızı veb sayt və ya tətbiqdən kənarda təqdim etməyi istəməyəcək.

Mənbə: The Guardian

Tərcümə etdi: Rəna Qarayeva

Paylaş
Şərh əlavə et