Bu gün:

Zelenski Rusiya ilə sülh danışıqlarının yeni mərhələsini təklif edir


Təklif Rusiyanın Ukraynaya uzun mənzilli hücumlarını intensivləşdirməyə davam etdiyi, 2024-cü ildə bir neçə ay ərzində olduğundan daha çox pilotsuz təyyarələri bir gecədə vurduğu bir vaxtda gəlir.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bildirib ki, Kiyev gələn həftə Rusiya ilə sülh danışıqlarının yeni raundunun keçirilməsini təklif edib. X-də yayımlanan videomüraciətdə Zelenski davamlı sülhü təmin etmək üçün "danışıqların sürətini artırmağa" çağırıb. “Liderlər səviyyəsində görüşə ehtiyac var”, - deyə o, Ukraynanın buna hazır olduğunu vurğulayıb. 

Zelenski bildirib ki, Ukraynanın yeni təyin olunan Milli Təhlükəsizlik və Müdafiə naziri Rustem Umerov Moskvaya dəvəti göndərib. O, ötən ay İstanbulda keçirilən nümayəndə heyəti danışıqlarına da rəhbərlik edib.

Mənbə: Euronews

Tərcümə etdi: Ayşən Səlimova

Paylaş
Şərh əlavə et