Bu gün:

Ən çox təhlükə altında olan peşələr: Süni İntellekt hansı sahələri təhdid edir?


Süni intellektin (Sİ) sürətlə inkişafı, bir sıra peşələri əvəz etmə potensialı ilə gündəmdədir. Geniş miqyaslı tətbiqləri və məhsuldarlığı artırma qabiliyyəti ilə süni intellekt, bəzi peşələri ciddi şəkildə təhlükə altına salır. Mütəxəssislərin fikrincə, bu texnoloji inqilabın yaratdığı dəyişikliklər ən çox aşağıdakı peşələrə təsir göstərə bilər:

1. Müştəri xidmətləri nümayəndələri

Chatbotlar və avtomatlaşdırılmış cavab sistemləri sayəsində bir çox şirkət artıq müştəri ilə əlaqəni süni intellekt vasitəsilə idarə edir. Bu, xüsusən çağrı mərkəzlərində çalışan insanların iş imkanlarını azaldır.

2. Data girişi və emalı üzrə işçilər

Əl ilə məlumat daxil edən və emal edən işçilər, süni intellekt əsaslı proqramlarla əvəz oluna bilər. Bu texnologiyalar insan səhvlərini minimuma endirərək daha sürətli və dəqiq nəticələr verir.

3. Mətn yazıçıları və redaktorlar

Süni intellekt modelləri, məqalələr, reklam mətnləri, hətta ədəbi yazılar da daxil olmaqla müxtəlif növ mətnləri yaratma qabiliyyətinə malikdir. Bu isə müəyyən yazıçı və redaktor vəzifələrinin əhəmiyyətini azalda bilər.

4. Maliyyə analitikləri və mühasiblər

Süni intellekt maliyyə analizləri, hesabatlar və vergi bəyannamələri kimi mürəkkəb tapşırıqları yerinə yetirə bilir. Bu sahədə çalışan mütəxəssislər üçün bu, ixtisaslaşma və daha kompleks bacarıqlara yönəlmə zərurəti yaradır.

5. Sığorta agentləri və kredit məsləhətçiləri

Alqoritmlər vasitəsilə risk qiymətləndirilməsi və müştəri təhlili aparmaq mümkün olduğu üçün bu sahələrdə insan amili getdikcə arxa planda qalır.

6. Satış nümayəndələri

Elektron ticarətin və süni intellektin əsaslı tövsiyə sistemlərinin inkişafı nəticəsində ənənəvi satış nümayəndələrinin rolu azalmaqdadır. Onlayn platformalar artıq istifadəçinin ehtiyaclarını öncədən proqnozlaşdıra bilir.

7. Sürücülər və daşıma işçiləri

Avtonom nəqliyyat vasitələrinin sınaqları və bəzi yerlərdə tətbiqi, yük və sərnişin daşımada insan amilinin azaldılması ilə nəticələnə bilər. Xüsusilə taksi və yük maşını sürücüləri bu dəyişiklikdən təsirlənə bilər.

8. İstehsalat və anbar işçiləri

Robot texnologiyaları və avtomatlaşdırma sistemləri artıq bir çox sənaye müəssisəsində tətbiq olunur. Məhsulların yığılması, qablaşdırılması və daşınması kimi işlər avtomatlaşdırılmış qurğularla daha səmərəli həyata keçirilə bilir.

Mənbə: Memurlar.net

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et