Suriyanın müvəqqəti prezidenti Əhməd Şaraa bir həftə ərzində 700-dən çox insanın həyatına son qoyan bədəvi-druz toqquşmalarının olduğu Sveydada "dərhal atəşkəs" elan edib. Bununla belə, ölkənin cənubunda döyüşlər davam edir.

Xəbər verildiyi kimi, druz döyüşçüləri şənbə günü, iyulun 19-da Sveydada bədəvi döyüşçülərini dəf ediblər, lakin bölgənin başqa yerlərində döyüşlər davam edir. Bu məlumat BBC tərəfindən təsdiqlənməyib.
Suriya Daxili İşlər Nazirliyi şənbə günü axşam yaydığı bəyanatda, qüvvələrinin şəhərə müdaxiləsindən sonra Sveydada döyüşlərin dayandırıldığını elan edib.
İyulun 19-da Şaraa deyib: "Ölkənin yaşadığı vəziyyətdən çıxmaq üçün sıraları bağlamaq və tam əməkdaşlıqla hərəkət etmək vaxtıdır".
Prezident Aparatı bu səhər yaydığı bəyanatda ağır toqquşmaların baş verdiyi və çoxlu cəsədin hələ də küçələri zibillədiyi Sveydaya yeni ordu hissələrinin yerləşdirildiyini açıqlayıb. Şəranın ofisi bütün tərəfləri təmkinli olmağa və döyüşləri dayandırmağa çağırıb.
Mənbə:BBC News
Tərcümə etdi:Aysel Mirzəyeva
