Vyetnamda pis hava şəraiti səbəbindən turist qayığının aşması nəticəsində azı 34 nəfər həyatını itirib və bir neçəsi hələ də itkin düşmüş sayılır.
Hadisə ölkənin şimalında yerləşən məşhur turizm məkanı olan Ha Long körfəzində baş verib.
Yolçuların əksəriyyətinin paytaxt Hanoydan gəlmiş Vyetnamlı ailələr olduğu bildirilir.
Xilasedicilərin sözlərinə görə, güclü yağışlar axtarış-xilasetmə işlərini çətinləşdirir, lakin indiyədək 11 nəfər sağ olaraq sudan çıxarılıb.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
