Yeni mövsüm öncəsi hazırlıqlarını davam etdirən "Beşiktaş"da oyun sistemi də formalaşıb. Hazırlıq oyunlarında mərkəz hücumçusuz oyuna üstünlük verən baş məşqçi Ole Gunnar Solskjaerin mövsüm ərzində 9 nömrəli sistemlə oynamağı planlaşdırdığı öyrənilib.
"Beşiktaş" UEFA Avropa Liqasının 2-ci Təsnifat mərhələsində 24 iyulda "Shakhtar Donetsk" ilə qarşılaşacaq. "Qara-ağlar"Avstriyada həm mövsümə, həm də bu önəmli oyuna hazırlıqlar aparıb.
Məşq toplanışı ərzində əsasən səhərlər meydançada, axşamlar isə zalda məşq etdirən Ole Gunnar Solskjaerin 4 hazırlıq matçında demək olar ki, bütün oyunçulara şans verərək hamının durumunu yaxından müşahidə etmək imkanı əldə edib.
Yeni hücumçu Tammy Abrahama uyğun oyun sistemi quran və bunu açıq şəkildə ifadə edən norveçli məşqçi məşqlərdə və oyunlarda 4-2-3-1 sisteminə önəm verib. Solskjaerin hazırlıq matçlarında hücumçusuz oyuna üstünlük verməsinə baxmayaraq, mövsüm ərzində 9 nömrəli sistemlə oynamağı planlaşdırdığı bildirilir.
Bu arada "Beşiktaş" Mustafa Hekimoğlunun sağlamlıq durumu ilə bağlı məlumat yayıb. "Wolfsberger" ilə keçirilən hazırlıq matçında zədələnən gənc futbolçunun yuxarı bud nahiyəsində dartınma və qanama aşkarlanıb.
Mənbə:TRT Haber
Tərcümə etdi:Nigar Həsənzadə

