Bu gün:

Veteran jurnalist və siyasətçi Altan Öymen dünyasını dəyişib


CHP-nin keçmiş sədri, jurnalist və yazar Altan Öymen sətəlcəm diaqnozu ilə müraciət etdiyi xəstəxanada dünyasını dəyişib.

93 yaşlı Öymen İstanbulun Şişli şəhərindəki Florence Nightingale xəstəxanasının reanimasiya şöbəsində müalicə olunub. Onun qızı Aslı Öymen dünən mətbuata açıqlamasında həm natrium səviyyəsinin aşağı olduğunu, həm də virusun yaratdığı pnevmoniya xəstəliyinə tutulduğunu bildirib.

Təxminən bir həftəlik müalicədən sonra Öymen reanimasiyaya yerləşdirilib və "intubasiya edilib", Aslı Öymen deyib "Ancaq o, çox güclü insandır. Biz ümidliyik. Onun bunun öhdəsindən gələcəyinə inanırıq".

Aslı Öymen atasının 6 həftə əvvəl uğurlu ağciyər əməliyyatı keçirdiyini və bir neçə gün sonra evə buraxıldığını bildirib.

Türkiyə Jurnalistlər Cəmiyyəti (TGC) onun 10 iyul 2022-ci ildə 90 illik yubileyində çəkilmiş fotosunu paylaşaraq, tezliklə sağalmasını arzuladığını bildirib.

Mənbə: BBC News

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et