Bu gün:

Tramp “Wall Street Journal” və Rupert Murdoch-u məhkəməyə verir


ABŞ-nin sabiq prezidenti Donald Tramp “Wall Street Journal” qəzeti və media maqnatı Rupert Murdoç-a qarşı 10 milyard dollar məbləğində məhkəmə iddiası qaldırıb. Buna səbəb nəşrin Tramp-ın adından cinsi cinayətkar Cefri Epsteynə “ədəbsiz məktub” göndərildiyini yazmasıdır.

Məqalədə qeyd olunur ki, məktub markerlə çəkilmiş çılpaq qadın siluetinin içində yazılıb və Tramp'la Epsteyn arasında zarafat tərzində dialoqdan ibarətdir.

Tramp iddiaları saxta adlandıraraq, “Bu sözlər mənə aid deyil, şəkil də çəkmirəm,” – deyə bildirib və məsuliyyət daşıyan hər kəsin məhkəmə qarşısında dayanacağını vurğulayıb. Qəzetin sahibi olan Dow Jones isə yayımlanan məlumatların dəqiq olduğunu bəyan edib və hüquqi prosesə hazır olduqlarını açıqlayıb.

Bu arada ABŞ Ədliyyə Nazirliyi Epsteyn işi ilə bağlı gizli məhkəmə sənədlərinin açıqlanması istiqamətində addımlar atır. Tramp-ın tərəfdarları sənədlərin dərhal ictimaiyyətə təqdim olunmasını tələb edir. Bəzi Konqres üzvləri də bu çağırışa dəstək verib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva 


Paylaş
Şərh əlavə et