Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Rabitə Müdirliyindən verilən açıqlamaya görə, Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin Türkiyə ilə Rusiya arasındakı ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan görüş zamanı Suriya təhlükəsizlik qüvvələrinin Sveydadan çıxarılmasından sonra baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını və İsrailin Suriyanın suverenliyini pozmamasının çox vacib olduğunu bildirib.
Prezident Ərdoğan bildirib ki, Türkiyə Suriyada sabitlik və təhlükəsizliyi təmin etməyi və ölkənin tez bir zamanda bərpasını təmin etməyi hədəfləyir. O əlavə edib ki, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun başlanması çox vacibdir və tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyə danışıqlara İstanbulda ev sahibliyi etməyə davam edəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
