Bu gün:

"Napoli"dən hücumçu transferi


İtaliya Serie A komandalarından "Napoli" "Udinese"dən 24 yaşlı hücumçu Lorenzo Luccanı satınalma imkanı ilə icarəyə götürdüyünü açıqlayıb.

Klubdan verilən açıqlamada, italyan hücumçunun satınalma prosesi ilə icarəyə götürülərək komandaya qatıldığı bildirilib.

Lucca keçən mövsüm "Udinese" forması ilə bütün yarışlarda 36 oyunda 14 qol vurub.

Sarı-qırmızı komanda Osimhenin transferi üçün "Napoli" ilə danışıqlarını davam etdirir.


Mənbə:TRT Haber 

Tərcümə etdi:Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et