İnsanlıq aləmində hansı növ daha çox üstünlük təşkil edərdi? Alimlərin fikrincə, cavab nə məməli, nə də quş deyil. Okeanların dərinliklərindən gələn ağıllı və tənha məxluq gələcəyin hökmdarı olmağa namizəddir.

Uzaq gələcəkdə Yer artıq insanların nəzarəti altında olmaya bilər.
Təsəvvür edin ki, səs-küylü şəhərlər, magistral yollar və insan tərəfindən yaradılmış infrastruktur yoxa çıxıb və təbiət yavaş-yavaş yenidən nəzarəti ələ alır.
Cavab məməlilərdə DEYİL
Bəs belə bir dünyada hansı növ dominant olacaq? Təəccüblüdür ki, bu sualın cavabı məməli deyil, okeanların dərinliklərindəki varlıqdır: Səkkizayaqlılar.
Heyvan zəkasının müzakirələrində tez-tez diqqətdən kənarda qalan sekkizayaqlılar insanlıqdan sonra dünyada sağ qalan ən güclülərdən biri ola bilər.
İrəli problem həll etmə qabiliyyətinə malik olan bu canlılar bankaları açmaq, alətlərdən istifadə etmək və qəfəslərdən qaçmaq kimi olduqca mürəkkəb işləri yerinə yetirə bilirlər. Oksford Universitetinin professoru Tim Coulsonun sözlərinə görə, "Onların zəkaları heyvanlar aləmində ən qabaqcıllardan biridir".
Əksər məməlilərdən fərqli olaraq, mürəkkəb ictimai quruluşlara uyğun gəlməyən, tək yaşamaqla uyğunlaşan səkkizayaqlılar, bu fərdilik sayəsində digər növlərin çətinlik çəkəcəyi bir dünyada uğur qazana bilirlər. Delfinlər və ya qarğalar kimi yüksək sosial heyvanlar insan təsiri olmadan çətinlik çəkə bilər; səkkizayaqlılar əməkdaşlığa ehtiyac duymadan varlıqlarını davam etdirə bilirlər.
Professor Coulson proqnozlaşdırıb ki, bir gün ahtapotlar təkamül edərək okeanları tərk edərək quruları fəth edə bilərlər. Onların unikal zəka və fiziki qabiliyyətləri onları sığınacaq tikmək, alətlərdən istifadə etmək və yerüstü mühitləri araşdırmaq üçün uyğun edə bilər. Sümüksüz quruluşu onların quruda hərəkətini çətinləşdirsə də, yüksək uyğunlaşma qabiliyyəti onlara bu çətinliyin öhdəsindən gəlməyə imkan verə bilər.
Bu gün səkkizayaqlıların bir gün şəhərlər salacağı və ya maral kimi quru heyvanlarını ovlayacağı elmi fantastika kimi görünə bilər, lakin insandan sonrakı dünyada belə bir təkamül yolu qeyri-mümkün deyil.
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
