Bu gün:

Qara aysberq tapılıb: Burada nə baş verir?


Antoníusson bu qara aysberqin fotyolarını Labrador dənizində özünün Saboti balıqçı gəmisində işləyərkən çəkib.

Qleysioloq Lev Tarasovun fikrincə, bu aysberqin qara rəngi çox güman ki, onun çox uzun yaşı ilə bağlıdır. Hesablamalara görə, bu buz kütləsinin yaşı təxminən 100.000 il ola bilər. Eyni zamanda, kül, his və ya torpaq kimi əlavələrin olması ilə əlaqədar ola bilər.

Qara aysberqlər çox nadir olduğu üçün dəqiq səbəbi müəyyən etmək üçün birbaşa araşdırma lazımdır.

Digər tərəfdən, aysberqlərin tanış ağ rəngi adətən "gənc" buzun hava qabarcıqları ilə doldurulması ilə əlaqədardır. Zamanla bu hava yox olur və buz şəffaflaşır və işığı ötürməyə başlayır.

Aysberqlər həmişə sadəcə donmuş sudan ibarət olmur. Yaranma zamanı buza digər maddələr də qarışa bilər.

Məsələn: Yaşıl aysberqlər sarımtıl piqmentlərə malik olan dəmir oksiddən ibarətdir və bu maddə mavi buzla qarışdıqda yaşıl olur.

Bəzi aysberqlər qara və ya tünd boz ola bilər. Bu, adətən, torpaq, his, buza qarışan qaranlıq maddə və ya buzun qaranlıq yer üzərində yuvarlanması ilə əlaqədardır.

Antoníussonun dediyinə görə, Labrador dənizində müşahidə etdiyi qara buz daha əvvəl qarşılaşdığı qaranlıq aysberqlərdən tamamilə fərqli görünür.

Bu tip aysberqdə qırmızı işıq dalğaları udulur və mavi dalğalar səpələnir və bu, aysberqin yaşlandıqca mavi rəng almasına səbəb olur.

Buzlaqlar tədricən quruya və dənizə doğru irəlilədikcə, çoxlu torpaq və dağıntılar buza qarışır.

Bu cür qarışığın bərabər şəkildə yayılması çox uzun müddət tələb edir, yəni Antoníussonun müşahidə etdiyi buz kütləsi olduqca köhnədir və 1000 ilə 100.000 il arasında ola bilər.


Mənbə: Dogruhaber

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et