1752-ci ildə təqvimdə qəribə bir hadisə baş verib. On bir gün sanki yox olub, insanlar bu dəyişiklikdən təəccüb edib. Bu, Yulian təqvimindən Qriqorian təqvimə keçidlə bağlı olub.
Uzun müddət Yulian təqvimi istifadə olunub. Lakin bu təqvim Günəş ilindən fərqli olub, buna görə təqvimlə fəsillər arasında uyğunsuzluq yaranıb. Xüsusilə Pasxanın vaxtı təyin olunmaqda çətinliklər yaşanıb.
1582-ci ildə papa XIII Qriqori yeni təqvim islahatı təqdim edib. Bu təqvim daha dəqiq hesablanıb və təqvimdəki səhvləri aradan qaldırmaq üçün bir neçə gün təqvimdən çıxarılıb.
Britaniya və onun koloniyaları isə bu dəyişikliyi 1752-ci ildə qəbul edib. O zaman sentyabr ayından 11 gün çıxarılıb — sentyabrın 2-si ilə 14-ü arasında günlər təqvimdən silinib.
Bu dəyişiklik insanlarda çaşqınlıq yaradıb, bəziləri ömürlərinin qısaldığını düşünüb. Hüquqi və maliyyə məsələləri yenidən uyğunlaşdırılıb. Zamanla isə cəmiyyət yeni təqvimə öyrəşib.
Nəticədə, 1752-ci ildə yox olan 11 gün təqvim islahatının nəticəsi olub. Bu islahat təqvimin Günəş ilinə uyğunlaşmasını təmin edib və Qriqorian təqvimi dünya üzrə ən geniş istifadə olunan təqvimə çevrilib.
Mənbə: Medium
Tərcümə etdi: Arzu Qafarova
