Bu gün:

Ramazan dünyada necə qeyd olunur?


Ramazan ayı İslam aləmində müqəddəs hesab edilən bir aydır və bu müddətdə oruc tutulur, ibadətlər artır, yardımlaşma və paylaşma duyğuları güclənir. Bununla belə, Ramazan ayının qeyd olunma forması, müddəti və adət-ənənələri ölkədən ölkəyə fərqlənə bilər. Budur dünyanın müxtəlif bölgələrində Ramazanın necə keçirildiyinə dair nümunələr:


Səudiyyə Ərəbistanında Ramazan


Oruc müddəti: 13–15 saat

Məkkə və Mədinədə dini atmosfer ən yüksək səviyyədədir

İş saatları azaldılır

İftar süfrələri dəbdəbəlidir

Zəkat-ül-Fitr yardımları toplanaraq ehtiyac sahiblərinə paylanır


Misirdə Ramazan


Oruc müddəti: 14–15 saat

Küçələr “Fanoos” adlı Ramazan fənərləri ilə bəzədilir

İftar süfrələrində şorba, ful medam və künəfə üstünlük təşkil edir

Gecələr musiqi, əyləncə və alış-veriş ilə keçir


İndoneziyada Ramazan


Oruc müddəti: 12–14 saat

Kütləvi iftarlar məscidlərdə və ictimai yerlərdə keçirilir

“Mudik” adlı böyük köç ilə insanlar doğma şəhərlərinə qayıdır

Sahurda düyü yeməkləri və xurma yeyilir


Pakistanda Ramazan


Oruc müddəti: 14–16 saat

Samosa, pakora və xurma iftar süfrələrinin əsas elementləridir

Məscidlərdə sıxlıq artır, xeyriyyə işlərinə fokuslanılır

“Çand Raat” axşamı qadınlar əllərinə xına çəkir və bayrama hazırlaşır


Nordik Ölkələrdə Ramazan


Oruc müddəti: 18–22 saat!

Günəşin batmadığı bölgələrdə oruc vaxtı Məkkə və ya yaxın ölkələrə əsasən təyin olunur

İftar gecə yarısı olur, sahur bir neçə saat sonra başlayır

Müsəlman icmaları məscidlərdə birlikdə iftar verirlər


ABŞ və Avropa ölkələrində Ramazan


Oruc müddəti: 16–18 saat arasında dəyişir

Müxtəlif etnik qrupların fərqli adətləri mövcuddur

Restoran və marketlərdə Ramazan menyuları hazırlanır

Məscidlər və icmalar iftar proqramları təşkil edir


Ramazan ayı dünyanın hər yerində eyni ruhu daşısa da, qeyd olunma şəkli ölkələrin mədəniyyətinə, coğrafiyasına və sosial strukturuna görə dəyişir. Nordik ölkələrdə uzun oruc saatları, İndoneziyada kütləvi səfərlər, Türkiyədə iftar ənənələri bu ayın müxtəlif cizgilərlə yaşandığını göstərir. Lakin hər yerdə ortaq olan dəyərlər – səbir, paylaşma, birlik və mənəvi yüksəlişdir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et