Bu gün:

Dünyanın ən çətin dilləri məlum olub


Dil bacarıqları insandan insana dəyişir. Bəzi insanlar xarici dili çox asanlıqla öyrənərkən, digərlərinin öyrənməsi aylar çəkir. Təbii ki, dillərin asanlığı da bu məqamda dil bacarıqları qədər vacib amildir. Dilçilər və dil öyrənmə mütəxəssisləri dilin qrammatik quruluşunu, yazı sistemini, tələffüzünü və mədəni kontekstini nəzərə alaraq ümumi reytinq tərtib ediblər.

Dil öyrənmə bacarıqları dilin çətinliyinə, ana dilinə və dil ailələrindəki fərqlərə görə dəyişə bilər. Dilçilər və dil öyrənmə mütəxəssisləri dünyanın öyrənilməsi ən çətin dillərini açıqlayıblar.


1. Çin

Tonal bir dildir, buna görə də hər ton fərqli bir məna ifadə edir. Xarakter əsaslı yazı sistemi olduğundan minlərlə simvol öyrənmək lazımdır. Qrammatika nisbətən sadə olsa da, mədəni kontekstlə birləşdikdə mürəkkəbləşir.


2. Ərəb

Müxtəlif dialektlər arasında böyük fərqlər var. Sağdan sola yazı sistemi səbəbindən çətinliklər yarana bilər. Sözlərin kök sisteminə əsaslanan mürəkkəb qrammatikaya və strukturlara malikdir.


3. Yapon

Üç fərqli əlifba istifadə olunur: Hiragana, Katakana və Kanci. Kanci simvollarını öyrənmək vaxt aparır. Cümlənin quruluşuna və nəzakət səviyyəsinə görə dəyişən ifadələri öyrənmək lazımdır.


4. Koreya

O, mürəkkəb qrammatik strukturları və fel birləşmələrini ehtiva edir. Cəmiyyətdə nitqin iyerarxik səviyyələrində də fərqliliklər var. Asan əlifba (Hangul) olmasına baxmayaraq, dildəki mənaların müxtəlifliyi öyrənməyi çətinləşdirə bilər.


5. Rus

İstifadə olunan əlifba kiril əlifbasıdır. Qrammatika qaydaları və konjuqasiyaları olduqca mürəkkəbdir. Tələffüz və vurğu nöqtələrini öyrənmək çətindir.


6. Fin

Ural dil ailəsinə aid olduğu üçün əksər dillər kimi deyil. Onun bir çox əlavə və mürəkkəb qrammatik qaydaları var. Sözün əmələ gəlməsi olduqca çevikdir, bu da yadda saxlamağı çətinləşdirir.


7. Macar

18 fərqli hal və mürəkkəb fleksiya sistemi var. Üstəlik, Avropa ölkəsi olsa da, qərb dillərindən fərqli bir quruluşa malikdir.


8. İslandiya

O, mürəkkəb bükülmə strukturlarına malikdir. Müasir dillərdən fərqli olaraq qədim dil quruluşunu qoruyub saxlamaqda davam edir. Tələffüz çətinliyi də dilin çətin tərəflərindən biridir.


9. Türk

Aqlütinativ dil olduğu üçün sözün törəmə quruluşu əcnəbilər üçün mürəkkəb ola bilər. Sait harmoniyası qaydaları və müxtəlif stress istifadələri əcnəbilər üçün çətin olur.


10. Sanskrit

Çox köhnə dil olduğu üçün müasir dillərlə ortaq cəhətləri azdır. O, mürəkkəb qrammatik quruluşa malikdir. Ən çox dini və ya ədəbi kontekstlərdə istifadə olunur.


11. Alban

Alban dili mürəkkəb qrammatikasına görə öyrənmək olduqca çətin ola bilər. Məsələn, alban dilində isimlərin həm halı, həm də cinsi var və onları öyrənməyin yeganə yolu lüğəti öyrənərkən hər bir ismin halını və cinsini yadda saxlamaqdır.


12. Fars

Fars dilinin ən çətin tərəflərindən biri də latın əlifbasından tamamilə fərqli görünən və sağdan sola oxunan ərəb əlifbasından istifadə etməsidir. Fars dili, mənimsənilməsi vaxt tələb etsə də, çox poetik bir dildir, burada bir çox sözlərin dərin mənaları və həm də ikili mənalar var. Mürəkkəb söz törəmə sistemi və fel strukturları da mövcuddur.


13. Tay

Tay dili, Çin dili kimi, tonal bir dildir. Bu o deməkdir ki, tələbələr deyilənlərin kontekstini başa düşmək üçün tonun yüksəkliyini tanıya bilməlidirlər. Tay dilinin beş tonu var və onların hamısını öyrənmək vaxt apara bilər. Tay dili də yadda saxlanmalı olan 44 samit, 18 sait və altı diftonqdan ibarət öz yazısından istifadə edir.


14. Gürcü

Gürcü dili özünəməxsus yazısına, mürəkkəb fonologiyasına və çətin qrammatikasına görə ingilis dilində danışanlar üçün öyrənilməsi çox çətin bir dildir. Mxedruli adlanan gürcü əlifbası fərqlidir və latın əlifbasında birbaşa ekvivalenti yoxdur, yəni tələbələr tamamilə yeni simvollarla tanış olmalıdırlar. Həm də aqlütinativ dil olduğundan ona öyrəşmək bir qədər vaxt apara bilər.


Bu sıra, xüsusən də dil öyrənərkən ana dilinizlə oxşarlıq və ya fərqləri nəzərə almaq üçün dəyişə bilər. Məsələn, türk dilini bilən biri Yapon və ya Koreya dilini öyrənməkdə digər dillərə nisbətən daha az çətinlik çəkə bilər, çünki bu dillər quruluşca oxşardır.



Mənbə: Sabah.com

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et