Bu gün:

Stiven Hokinqin elmi və həyat dərsi


Stiven Hokinq müasir elmin ən tanınmış simalarındandır. Kainatın sirlərini araşdıran elmi işi və kitabları ilə milyonlara çatıb. ALS xəstəliyinə baxmayaraq, əzmkarlığı və uğurları ilə insanlara ilham verib. Həyatı, zehni gücün fiziki maneələri aşa biləcəyinin parlaq nümunəsidir.


1942-ci il yanvarın 8-də Oksfordda anadan olan Stiven Hokinq uşaq yaşlarından riyaziyyat və fizika ilə maraqlanıb. Oksfordda fizika təhsili alıb, sonra isə Kembricdə kosmologiya üzrə doktorantura təhsilini davam etdirib. Məhz bu dövrdə xəstəliyinin ilk əlamətləri üzə çıxıb.


Qara dəliklər və Hokinq radiasiyası

Stiven Hokinqin ən məşhur elmi işi qara dəliklərlə bağlı araşdırmasıdır. 1974-cü ildə o, qara dəliklərin yalnız maddə və işığı udmadığını, həm də radiasiya yaydığını irəli sürüb. Bu nəzəriyyə əvvəlki fikirləri dəyişdi və elmi dünyada böyük əks-səda doğurub.


"Hokinq Radiasiyası" adlanan bu nəzəriyyə, qara dəliklərin hər şeyi udan və tam qaranlıq varlıqlar olması fikrinə ziddir. Hokinq izah edir ki, qara dəliklərin kənarında hissəcik cütləri yaranır və onlardan biri qara dəliyə düşür, digəri isə radiasiya kimi yayılır. Bu proses qara dəliyin kütləsini azaldır və zamanla onun tam yox olmasına səbəb ola bilir.


Populyar elm və yazı

1988-ci ildə çıxan “Zamanın qısa tarixi” kitabı Hokinqin elmi fikirlərini sadə dillə izah edən əsas əsəridir. Kitab dünya miqyasında milyonlarla nüsxədə satılıb və onu populyar mədəniyyətin simasına çevirib.


Hokinqin həyatı fiziki məhdudiyyətlərə baxmayaraq, zehni gücün və marağın nə qədər böyük təsirə malik olduğunu göstərir. Onun elmi və əsərləri gələcək nəsillər üçün ilham mənbəyi olaraq qalacaq.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et