Bu gün:

Süni intellektlə pulsuz musiqi dövrü başlayıb


“YouTube”da məzmun yaradıcılarının işini asanlaşdıracaq yeni funksiya var. “YouTube”un bu yeni addımı rəqəmsal məzmun istehsalında böyük fərq yaratmağa hazırlaşır.


Yaradıcı musiqi nədir və necə istifadə olunur?


YouTube 2023-cü ildə istifadəyə verdiyi Creator Music platforması ilə məzmun istehsalçılarına münasib qiymətə və lisenziyalı musiqi təqdim etməyi hədəfləyib. Bu sistem sayəsində videolarda istifadə olunacaq musiqinin xərcləri şəffaf şəkildə görünə bilər. Lisenziyasız və orijinal musiqi, tamamilə pulsuz, sadəcə təsvir yazmaqla asanlıqla əldə edilə bilər.


Yeni musiqi yaratmaq aləti hazırda yalnız aşağıdakılar üçün əlçatandır:


“ABŞ”də yaşayan və YouTube Partnyor Proqramına daxil olan istifadəçilər daxil ola bilər. Lakin bu funksiyanın tezliklə daha geniş auditoriyaya təqdim ediləcəyi gözlənilir.


YouTube daha əvvəl “DeepMind” ilə birlikdə hazırladığı “Dream Track” adlı süni intellekt alətini sınaqdan keçirib. Bu sistem tanınmış sənətkarların üslubunda qısa musiqi istehsalına imkan verib. Bununla belə, o, əsasən instrumental olub və məhdud məzmun təklif edib.


Yeni Music Assistant istifadəçiyə daha çox seçim təklif edir və fərdiləşdirilmiş musiqi istehsalında daha uğurludur.


Bu süni intellektlə işləyən musiqi aləti orijinal məzmun istehsalını dəstəkləyir və məzmun sahiblərinin musiqi lisenziyasında üzləşdiyi maneələri aradan qaldırır. Bu sistemin gələcəkdə daha da inkişaf edəcəyi və bütün dünyada geniş yayılacağı təxmin edilir.


Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et