Bu gün:

Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verir


Harvard Universiteti milyardlarla dollarlıq federal qrantların dondurulmasının qanunsuz olduğunu iddia edərək Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Universitetin prezidenti Alan M. Garber bazar ertəsi günü universitet ictimaiyyətinə ünvanladığı məktubda 2 milyard dollarlıq maliyyənin dondurulmasının ağır xəstəliklərin tədqiqatına mane olacağını bildirərək bu addımı elan edib.

Dünyanın ən zəngin universiteti olan Harvard keçən həftə Tramp administrasiyasının məktəbdəki müxtəliflik təşəbbüslərini məhdudlaşdırmaq və antisemitizmlə mübarizə aparmaq üçün nəzərdə tutulduğunu bildirdiyi tələblər siyahısını rədd edib.

İddiaya cavab olaraq Ağ Ev bəyan edib ki, federal maliyyənin asan qazanc dövrü artıq sona çatmaq üzrədir.

Digər elit universitetlərdə də maliyyə azaldılması həyata keçirilib və hökumətin yeni antisemitizm üzrə işçi qrupu ən azı 60 universiteti nəzərdən keçirmək üçün müəyyənləşdirilib.

Prezident Donald Tramp ötən il Qəzzadakı müharibə və ABŞ-nin İsrailə dəstəyinə qarşı kampus etirazları zamanı universitetləri yəhudi tələbələri müdafiə etməməkdə ittiham edib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et