Bu gün:

Arxeoloqlar 20.000 illik daş alətlər tapıblar


Cənubi Afrikadakı bir sıra arxeoloqlar təxminən 20.000 il əvvəl insanlar tərəfindən hazırlanmış mühüm alətləri tapmaq üçün yeni yüksəkliklərə qalxmalı olublar. Yeni tapılan bu daş alətlər ölkənin cənub sahilinə baxan bir mağaraya yerləşdirilib.

Arxeoloq Sara Watson "Popular Science"ə deyib: "Sahənin özü dəniz səviyyəsindən 23 metr [75,4 fut] hündürlükdədir, biz hər gün araşdırma üçün oraya qalxmalıyıq".

Komanda çöküntü və tozun hər qatını təmizləmək üçün kiçik alətlərdən istifadə edib və nəticədə minlərlə kiçik, iti bıçaqlar və bu bıçaqların qırıldığı daha böyük qaya parçaları tapıb.

Daşların xüsusi olaraq nə üçün istifadə olunduğunu söyləmək çətin olsa da, bəzi nəzəriyyələr var. 

Watson deyib: "Onlar kompozit alətlərin və mərmi silahlarının bir komponenti ola bilər. Mən baxdığım müddətdə ərazi 75 kilometr [46 mil] içəridə olduğundan, bunlar köçəri heyvanların böyük sürülərini saxlaya biləcək açıq düzənliklər idi."

Mənbə: popsci.com

Tərxümə erdi: Nazrin Humbat


Paylaş
Şərh əlavə et