Biz fələstinliləri vətənlərini tərk etməyə məcbur edən planları rədd edirik. Xarici işlər naziri Hakan Fidan "Fələstinliləri vətənlərini tərk etməyə məcbur edən hər hansı planı rədd edirik. Ərəb Liqasının qəbul etdiyi Qəzzanın yenidən qurulması planını dəstəkləyirik",- deyib. Xarici işlər naziri Hakan Fidan “Yaxın Şərqdə iki dövlətli həll və qalıcı sülh” mövzusu ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası Nazirlər Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında iştirak edib. Nazir Fidan bildirib ki, bu gün keçirilən görüşlərdə Qəzzada humanitar vəziyyət, atəşkəsin bərpası səyləri və işğal olunmuş ərazilərdəki proseslər müzakirə olunub.
İsrailin artan təcavüzünün regional nəticələrini dəyərləndirdiklərini bildirən Fidan davamlı sülhün təmin edilməsi və iki dövlətli həllin yaradılması üçün beynəlxalq ictimaiyyət daxilində atılacaq addımları müzakirə etdiklərini bildirib.
"Biz beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün hər cür dəstəyi verməyə çağırırıq”.
Ən qısa zamanda daimi atəşkəsin yaradılması lazım olduğunu vurğulayan Fidan, "Qətər, Misir və Amerikanın rəhbərlik etdiyi atəşkəs prosesini dəstəkləyirik. Fasiləsiz humanitar yardımın ən qısa zamanda Qəzzəyə buraxılması lazımdır. Fələstinliləri vətənlərini tərk etməyə məcbur edən hər hansı planı rədd edirik. Biz Qəzzanın yenidən qurulması planını dəstəkləyirik. 1967-ci ildə paytaxtı Şərqi Qüds olan sərhədlərdə biz beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün hər cür dəstəyi verməyə çağırırıq." dedi.
"İsraili dərhal atəşkəs elan etməyə çağırırıq”
İki dövlətli həllin İsrailin təhlükəsizliyini də təmin edəcəyinə diqqət çəkən Fidan, belə davam etdi:
"Buradan İsraili ən qısa zamanda atəşkəs elan etməyə və fələstinlilərlə barışmağa çağırırıq. Türkiyə olaraq Fələstinli qardaşlarımızın problemlərini hər platformada gündəmə gətirməyə davam edəcəyik. Bu gün günortadan sonra açılacaq Antalya Diplomatiya Forumunda Fələstinlə bağlı çoxlu görüşlər keçiriləcək. Dəyərli iştirakçılara burada bir daha təşəkkür edirəm".
Mənbə:TRT haber
Tərcümə et:Ayşən Səlimova
