Bu gün:

Nyu-Yorkun Hudson çayında helikopter qəzaya uğrayıb


Səlahiyyətlilər, Nyu-Yorkda turist ailəsini daşıyan helikopterin Hudson çayına düşməsi nəticəsində üçü uşaq olmaqla altı nəfərin həlak olduğunu bildirib.

Nyu-York meri Erik Adams cümə axşamı jurnalistlərə bildirib ki, beş nəfərlik ailə İspaniyadan, altıncı şəxs isə pilotdur. Qəza zamanı helikopterdə olanların hamısı həyatını itirib. 

Adams: "Ürəyimiz ailələrin yanındadır", - deyib. 

Nyu-York polis komissarı Jessica Tisch, ailələrinə məlumat verilməyənə qədər qurbanların şəxsiyyətlərinin açıqlanmayacağını söylədi. Qəzanın səbəbləri araşdırılır.

Hadisənin videogörüntülərində helikopterin göydən tərs formada Hudson çayına düşdüyü görünür.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et