Bu gün:

Almaniyada koalisiya quran Friedrich Merzdən ilk mesaj: ''Avropa bizə etibar edə bilər''


Almaniyada Xristian Demokratlar Partiyasının lideri Friedrich Merz və Sosial Demokratlar arasında koalisiya danışıqlarında əldə olunan razılaşma ilə yeni dövr başlayır. Merz razılaşmadan sonra verdiyi ilk açıqlamada Ağ Evə mesaj göndərib.

 69 yaşlı siyasətçi "Donald Trampa veriləcək əsas mesaj Almaniyanın yenidən işə qayıtmasıdır",-deyə qeyd edib. Merz bildirib ki, koalisiya yaratmaqla həm öz vətəndaşlarına, həm də digər Avropa ölkələrinə “güclü və aydın siqnal” verirlər.


Merz "Almaniya hərəkətə keçə biləcək güclü bir hökumət əldə edir",-deyib. Merz və onun koalisiya tərəfdaşları seçkilər bitdikdən etibarən siyasi qeyri-müəyyənliyə son qoymaq üçün təzyiq altında olublar. "Avropa Almaniyaya etibar edə bilər" deyən Merz ölkəni yenidən ön plana çıxaracağına söz verib. Friedrich Merz rəsmi olaraq, baş nazir seçilmək üçün mayın 5-də keçiriləcək parlament səsverməsini gözləyəcək.


Mənbə: BBC NEWS

Tərcümə etdi: Səftərova Səmayə

Paylaş
Şərh əlavə et