ABŞ-ın Lonestar Data Holdings şirkəti Ayda məlumat mərkəzi qurmağı planlaşdırır. Onların fikrincə, kosmosda məlumat saxlamaq daha təhlükəsizdir və günəş enerjisi ilə fasiləsiz işləyə bilər. Artan süni intellekt və məlumat ehtiyacları səbəbindən Yer üzündə bu cür mərkəzlər üçün yer tapmaq çətinləşir, üstəlik çox enerji və su sərf olunur.
Avropada da oxşar layihələr planlaşdırılır – orbitdə peyk məlumat mərkəzləri qurmaq nəzərdə tutulur. Amma ekspertlər bildirir ki, kosmosa avadanlıq göndərmək çox bahalıdır və texniki problemlərin həlli çətindir.
Buna baxmayaraq, Lonestar və digər firmalar bu sahəyə marağın artdığını deyir. Onlar artıq ilk testlərini uğurla həyata keçirib və 2027-ci ilə qədər Ay ətrafında orbitdə məlumat mərkəzi yerləşdirməyi hədəfləyirlər.
Mənbə:BBC
Tərcümə etdi:Leila Musayeva
