Bu gün:

İsrail ordusu həkimləri qətlə yetirib


İsrail əsgərləri Qəzzada 15 fövqəladə hallar işçisinin həyatına son qoyulan hücum zamanı 100-dən çox dəfə atəş açıblar. Bəzi güllələr isə cəmi 12 metr (təxminən 39 fut) məsafədən atılıb.

İki audio mütəxəssisi 23 martda Rafah yaxınlığında baş vermiş hadisəni və həmin anları əks etdirən, BBC Verify tərəfindən təsdiqlənmiş 19 dəqiqəlik videonu araşdırıb.

Tapıntılar Fələstin Qızıl Aypara Cəmiyyətinin işçilərinin “çox yaxın məsafədən hədəf alındığı” iddiasını dəstəkləyir. Aprelin 5-də İsrail ordusunun nümayəndəsi bildirib ki, havadan çəkilmiş görüntülər qoşunların “uzaqdan” atəş açdığını göstərir.

İsrail Müdafiə Qüvvələri (IDF) BBC Verify ilə əlaqə saxlandıqda bu təhlilə birbaşa münasibət bildirməkdən imtina edib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et