Ticarət naziri Ömər Polat gömrük rüsumlarını müzakirə etmək üçün mayın 15-16-da ABŞ-yə gedəcəklərini bildirib.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbuldakı qərargahının fəaliyyətinin davam etdirilməsi ilə bağlı Ticarət Nazirliyi ilə OECD arasında protokol imzalanıb.
Nazir Ömər Polat imzadan sonra TRT News-a xüsusi açıqlamalar verib.
Türkiyənin İkinci Dünya Müharibəsindən dərhal sonra Avropanın yenidən qurulması istiqamətində iqtisadi əməkdaşlıq və inkişaf məqsədi ilə 1947-ci ildə Parisdə qurulan OECD-nin qurucu üzvü olduğunu xatırladan Polat o vaxtdan bəri bu işlərdə fəal iştirak etdiyini bildirib.
Polat deyib: "Son illərdə OECD yalnız Qərb ölkələri, Avropa, ABŞ və Kanadanın klubu olmaqdan kənara çıxdı, Şərq və Cənubi ölkələrə, inkişaf etməkdə olan bazarlara və ölkələrə çatmaq, dünya iqtisadiyyatı və ticarəti problemlərinin həlli yollarını birlikdə axtarmaq üçün yeni axtarışa başladı. OECD regional mərkəzi olaraq İstanbulda yeni ofis yaradacaq”.
"Diplomatiyanın mərkəzi olaraq Türkiyə öz işini davam etdirir”.
Polat Türkiyə hökuməti olaraq bu məsələ ilə bağlı işlərə öz töhfələrini verdiklərini bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu ayın sonunda OECD üzvü İtaliyaya səfər edəcəyini qeyd edən Polat: "Bununla yanaşı, Azad Ticarət Razılaşması danışıqları üçün mayın 7-də OECD üzvü olan İngiltərəyə də səfər edəcəyik. Yeni əlavə gömrük rüsumları məsələsini müzakirə etmək üçün mayın 15-16-da ABŞ-yə səfər edəcəyik və bu il həmkarları ilə iclasda iştirak edəcəyik. Daha sonra 3-4 İyun tarixlərində OECD-nin baş qərargahında Parisdə keçiriləcək Ticarət Nazirləri zirvəsinə qatılacağıq",- deyib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
