Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ-nin qlobal iqtisadi nizamı pozduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bu gün keçirdiyi mətbuat konfransında ABŞ-nin Çinə tətbiq etdiyi gömrük rüsumlarını yüzdə 125-ə çatdırması ilə bağlı açıqlama verib. Lin qeyd edib ki, bu addım digər ölkələrin qanuni hüquq və maraqlarını, həmçinin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını və qlobal iqtisadi nizamı pozur.
O, həmçinin ABŞ-nin bu təşəbbüsünün ictimai dəstək qazanmayacağını və tarif və ya ticarət müharibəsində qalibin olmayacağını vurğulayıb.
Mənbə:CNN türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva
