Bu gün:

"White Lotus” finalı tamaşaçılar tərəfindən adi qarşılanıb


White Lotus” serialı tətil haqqında olan bir serialdır. Tamaşaçılara tətilin nələrdən ibarət olduğunu, nələr edilməli və nələrdən uzaq durulmalı olduğunu göstərir.Bu serial həm də qətllər haqqında danışır. Və görünür ki, bu qətllər personajlara psixoloji olaraq demək olar ki, heç bir təsir göstərmir.

Serialın Taylandda yerləşən “White Lotus” kurortunda baş verən kütləvi atışma səhnəsindən yalnız bir neçə saat sonra personajlar ya tətilə davam edir, ya da işlərinə qayıdırlar — sanki heç nə olmamış kimi. Bəziləri qayıqda günəşi seyr edərək dincəlir, digərləri isə sadəcə gündəlik həyatlarına davam edirlər.

Davamlı zorakılıq və ölüm səhnələrinin belə adi qarşılanması bəzi tamaşaçılarda çaşqınlıq və suallar yaradıb: “Bu necə mümkündür?”

Sirakuz Universitetində travma üzrə mütəxəssis olan professor Tracey Musarra Marchese bu vəziyyəti “Yalnız Hollivudda mümkündür” deyərək izah edib

Lakin psixoloqlar deyirlər ki, bu reaksiyalar düşündüyümüz qədər qeyri-real olmaya da bilər. Travmadan dərhal sonra bəzi insanlar hisslərini tam olaraq ifadə edə bilməz, bədən bir növ “donma” vəziyyətinə keçər və bu, müdafiə mexanizmi ola bilər. Buna görə də “White Lotus” finalındakı bu “travmasız” davranışlar, bəlkə də personajların deyil, insan psixikasının təbii bir əksidir.

Mənbə:The New York Times 

Tərcümə etdi:Fatimə Cabbarlı 

Paylaş
Şərh əlavə et