İstanbul sabah vacib bir toplantıya ev sahibliyi edəcək. Rusiya və ABŞ nümayəndə heyətləri sabah İstanbulda ikinci dəfə görüşəcək. İclasda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması müzakirə olunacaq.

Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri olacaq Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyi Dövlət katibinin Rusiya və Mərkəzi Avropa üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edəcək.
Görüş zamanı iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətə başlaması məsələsi müzakirə olunacaq. Nümayəndə heyətləri ilk dəfə fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüblər. Görüşdə ikitərəfli münasibətlərin normallaşdırılması və ukraynalı müharibəyə son qoyulması müzakirə edilib. Nümayəndə heyətləri fevralın 27-də İstanbulda ikinci dəfə görüşüblər. Görüş 6,5 saat davam edib.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
