Bu gün:

Fransada Lion şəhərinin meri həbs edilib


Fransada Lion şəhərinin meri həbs edilib

Fransanın üçüncü böyük şəhəri olan Lion şəhərinin meri Qreqori Duce dövlət vəsaitlərinin mənimsənilməsi iddiaları ilə bağlı aparılan ilkin istintaq çərçivəsində saxlanılıb.

Fransa mətbuatında təhlükəsizlik mənbələrinə əsaslanan xəbərə görə, Doucet korrupsiya ittihamı ilə açılan ilkin istintaq çərçivəsində yerli vaxtla saat 08:00-da saxlanılıb. Bildirilib ki, istintaq çərçivəsində Ducenin polis idarəsində maliyyə polisi tərəfindən dindirilməsi davam etdirilir.

Le Figaro qəzetinə verdiyi açıqlamada bələdiyyə rəsmiləri Doucet-in korrupsiya ittihamı ilə saxlanmasının istintaqın normal mərhələsi olduğunu və Merin məhkəmə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.

Bildirilir ki, 2016-2020-ci illər arasında 24 nəfərin Lion Bələdiyyəsi tərəfindən qeyri-qanuni işə götürülməsi ittihamı da istintaq çərçivəsindədir.

Lion Bələdiyyəsində uzun illərdir icazə verilən nömrədən artıq işə götürülmənin davam etdiyi müəyyən edilib və bunun dövlət pulunu mənimsəmək məqsədi ilə olduğu iddiası istintaq tərəfindən araşdırılır.

Yaşıllar partiyasından olan Doucet 2020-ci ildən ölkənin üçüncü ən böyük şəhəri olan Lionun meridir.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et