Elm adamları “Game of Thrones” serialı ilə tanınan və nəsli 12 min 500 il əvvəl kəsilmiş ulu qurdları genetik mühəndislik vasitəsilə yenidən canlandırıblar. ABŞ-nin “Colossal Biosciences” şirkəti genetik cəhətdən dəyişdirilmiş üç qurd yaradıb. Onların görünüşü serialdakı "Ghost" obrazına tam bənzəyir.

Canis dirus adlı bu qədim növ üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, ulu qurdlar yalnız Şimali Amerikada təkamül edib və boz qurdlarla düşündüyümüz qədər yaxın qohum deyil. Genetik fərqliliklər bu növü it və çaqqaldan da ayırır.
Alimlər 13 min illik diş və 72 min illik kəllə fosilindən əldə edilən məlumatla boz qurddan alınan hüceyrəni dəyişdirərək ev itindən götürülmüş yumurtalığa yerləşdiriblər. Nəticədə 62 günlük hamiləlikdən sonra genetik dəyişdirilmiş balalar dünyaya gəlib.
Hazırda 3-6 aylıq olan bu qurdlar uzun, ağ tüklü və 80 kiloqram çəkidədir. Elm adamları tam olaraq qədim növü geri qaytarmağın hələlik mümkün olmadığını bildirirlər.
Hadisə “Time” jurnalında işıqlandırılıb, “Game of Thrones”un müəllifi Corc R. R. Martin isə bu xəbəri böyük sevinclə izləyiciləri ilə bölüşüb.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
