"Telekinesis" sözü yunan dilindəki “zehni” və “hərəkət” sözlərindən götürülüb və obyektləri zehin gücü ilə hərəkət etdirmə qabiliyyətinə işarə edir. Bu fikir bir çox fantastika və elm-fantastika mövzularında yer almış, insan təsəvvürünü əsrlər boyu cəlb edib. Lakin gerçək dünyada bu ideyanın arxasında duran təbii bir elm mövcuddur ki, bu da onu yalnız elm-fantastika dünyası ilə məhdudlaşdırmır, həmçinin real həyatda da müzakirə edilir.

Reallıqda telekineziyanın elmi olaraq sübut edilmiş və ya rədd edilmiş bir dəlili yoxdur. Lakin telekineziya tərəfdarları yalnız şəxsi və ya anekdot məlumatlarından daha çox nümunələr təqdim ediblər.
• Parapsixoloji
Bəzi parapsixoloqlar (paranormal fenomenləri öyrənənlər) telekineziya mövzusunda müxtəlif eksperimentlər aparıb və bəziləri müsbət nəticələr əldə etdiyini bildiriblər.
• Poltergeist fenomeni
Poltergeist fəaliyyəti tez-tez telekinetik hadisələrlə əlaqələndirilir. Poltergeistlər obyektləri hərəkət etdirə və ya levitasiya edə bilən mischievous ruhlar olaraq təsvir edilir. Bəzi tədqiqatçılar bu hadisələrin emosional və psixoloji sıxıntı yaşayan fərdlərdə gizli telekinetik qabiliyyətlərdən qaynaqlana biləcəyini irəli sürürlər. Lakin digərləri poltergeist fəaliyyətini təbii səbəblərə və ya psixoloji faktorlarla əlaqələndirməyi üstün tuturlar.
• Psixokinetik
Bəzi tərəfdarları telekineziyanın sərt zehni təlim və məşqlər vasitəsilə inkişaf etdirilə biləcəyini iddia edirlər. Onlar konsantrasiya, meditasiya və vizualizasiya texnikaları ilə fərdlərin zehni enerjilərini fiziki obyektləri təsir etmək üçün istifadə edə biləcəyini müdafiə edirlər.
Telekineziyanın elmi arxa planı
Baxmayaraq ki, telekineziya anlayışını dəstəkləyən elmi bir razılıq yoxdur, bu təcrübə əslində təbii elmə əsaslanır. Bu fenomenə dair izahlar arasında maqnit sahələri, səs və ya istilik dalğaları yer alır. Lakin telekineziya ilə bağlı ən çox bildirilən izahlar aşağıdakılardır:
• Psixik enerji
İnsanların düşüncələri ilə idarə edə və yönəldə biləcəkləri görünməyən bir enerji və ya qüvvəyə sahib olduqları düşünülür. Bu psixik enerji fərdlərin obyektləri birbaşa fiziki təmas olmadan manipulyasiya etmələrinə imkan verir.
• Kvant mexanikası
Bəzi insanlar telekineziya ilə kvant mexanikasının prinsipləri arasında əlaqə qururlar. Kvant mexanikası atom və subatomik səviyyədəki hissəciklərin davranışını təsvir edən fizika sahəsidir. Şüur və niyyətin kvant proseslərini təsir edə biləcəyi, nəticədə, obyektləri hərəkət etdirmək kimi makroskopik təsirlərə səbəb ola biləcəyi inanılır.
• Zehin-maddə interaksiyası
Telekineziya tərəfdarları zehinin maddəyə birbaşa təsir etmə potensialına sahib olduğunu irəli sürürlər: necə ki, düşüncələrimiz və niyyətlərimiz davranışlarımıza və hərəkətlərimizə təsir edirsə, telekineziya da bu zehin-maddə qarşılıqlı təsirinin bir genişlənməsi olaraq qəbul edilir və fərdlərin obyektləri ruhi güclə hərəkət etdirməsinə imkan verir.
Mənbə: Centre of excellence
Tərcümə etdi: Arzu Qafarova
