Bu gün:

Thinking Machines Lab OpenAİ-nin tanınmış simaları ilə güclənir


OpenAİ-nin keçmiş texniki direktoru Mira Muratinin rəhbərlik etdiyi süni intellekt startapı Thinking Machines Lab, iki nüfuzlu mütəxəssisi – Bob McGrew və Alec Radfordu müşavir heyətinə əlavə edib. Hər iki ad OpenAİ-də mühüm layihələrin və texnoloji irəliləyişlərin müəllifləri kimi tanınır.

Startapın vebsaytında onların adları mart ayında səssiz şəkildə yerləşdirilib. Şirkət bu dəyişikliklə bağlı hələlik rəsmi açıqlama verməyib.

Thinking Machines Lab hələ ki, öz tədqiqat sahələri və konkret məhsulları barədə geniş məlumat açıqlamasa da, fevral ayında verdiyi bəyanatda məqsədlərinin insanların fərdi ehtiyac və hədəflərinə uyğun süni intellekt alətləri yaratmaq olduğu bildirilmişdi. Şirkət həmçinin daha başa düşülən, fərdiləşdirilə bilən və daha ümumi qabiliyyətlərə malik süni intellekt sistemləri inkişaf etdirməyi planlaşdırır.

Bu təyinatlar Thinking Machines Lab-ın süni intellekt sahəsində ciddi ambisiyalara malik olduğunu göstərir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə




Paylaş
Şərh əlavə et