Bu gün:

Dominikan Respublikasında gecə klubu çöküb


Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunda damın uçması nəticəsində azı 79 nəfər ölüb, 150-dən çox adam yaralanıb.Əyalət qubernatoru və keçmiş Beyzbol Liqasının oyunçusu Oktavio Dotel qurbanlar arasında idi. 51 yaşlı Dotel dağıntılar arasından çıxarıldıqdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə çərşənbə axşamı səhər saatlarında məşhur merenq müğənnisi Rubbi Perezin "Jet Set" gecə klubunda verdiyi konsertdə baş verib. Onun dağıntılar altında qalanlar arasında olduğu bildirilir.

Hadisə yerində yüzlərlə insan olub və 400-ə yaxın xilasedici hələ də sağ qalanları axtarır. Ölənlərin sayının daha da artacağı ilə bağlı narahatlıq var.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et