Bu gün:

Albanese yenidən öz vəzifəsinə təyin edilib


Birləşmiş Millətlər Təşkilatının xüsusi məruzəçisi Francesca Albanese İsrailin etirazlarına baxmayaraq, yenidən öz vəzifəsinə təyin edilib. Oktyabrın 7-dən həm özünün, həm də övladlarının İsrail təhdidi ilə üz-üzə qaldığını deyən Albanese BMT-dən onu daha yaxşı müdafiə etməsini istəyib.

Bir hesabatda İsrailin Fələstində soyqırım törətdiyini açıqlayan BMT-nin Fələstin əraziləri üzrə 3 illik məruzəçisi Francesca Albanese İsrailin 7 oktyabrdan bəri onu təhdid etdiyini bildirib. Bütün təzyiqlərə baxmayaraq, yenidən 3 il müddətinə vəzifəyə təyin edilib. 

"Mənə böhtan atıldı, hücuma məruz qaldım, təhdidlər aldım və bu, son 16 aydır amansızcasına davam edir. Mənə və ailəmə, o cümlədən, övladlarıma böhtan atılıb, təhdid edilib. Açığı, mənim xüsusi prosedurların davranış kodeksini israrla pozmağımla bağlı ittiham qəti şəkildə rədd edilib. İndi hər şey ağ-qaradır və mən bundan çox məmnunam. Buna görə də məni bu vəzifəyə qoyan İnsan Hüquqları Şurasının məni daha çox bir şəxs kimi, lakin İnsan Hüquqları Şurasına xidmət edən bir şəxs kimi qorumasını gözləyirəm”,- deyib.

Albanesenin həyatı Fələstinə həsr olunub. O, 31 il BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyində işləyib. Daha sonra BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi təyin edilib və Qəzzada Soyqırımın Anatomiyası adlı hesabat yazıb. Bu hesabatdan sonra İsrailyönlü BMT Watch təşkilatı Albanesenin səlahiyyətlərindən sui-istifadə etməsi və onun İsrailə qarşı "şəxsi" şikayətləri ilə bağlı araşdırma dərc edib.

"İsrail dövləti ilə heç bir problemim yoxdur. Təbii ki, soyqırımı dayandırarsa, beynəlxalq hüquqa əməl edərsə",-deyə Albanese qeyd edib.


Mənbə: CNN Türk

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et