Bu gün:

ABŞ İranı hədələyir: Ya danışıqlar aparın, ya da qiymətini ödəyi


ABŞ İranı hədələyir: Ya danışıqlar aparın, ya da qiymətini ödəyi

Ağ Evin sözçüsü Karolin Leavitt İranla aprelin 12-də keçiriləcək birbaşa danışıqların vacibliyinə işarə edərək, "Prezident (Donald) Tramp İrana açıq şəkildə deyib ki, onlar seçim etməlidirlər: ya danışıqlar aparacaqsan, ya da qiymətini ödəyəcəksən". dedi.

Ağ Evin sözçüsü Leavitt mətbuat brifinqində ABŞ və İran arasında birbaşa danışıqlara dair qiymətləndirmələr edib.

Leavitt, dünən ABŞ prezidenti Donald Trampın açıqladığı kimi, Tehranla birbaşa danışıqların aprelin 12-də aparılacağını və görüşdən əvvəl bu məsələ ilə bağlı təfərrüatlara varmaq istəmədiyini bildirib.

"Prezident Tramp İrana açıq şəkildə bildirib ki, onlar seçim etməlidirlər: ya danışıq aparsınlar, ya da bədəlini ödəsinlər. Əgər onlar diplomatiya yolu ilə razılığa gəlməyi seçməsələr, bu halda onların hərəkət etdiyini görürük, bunun ciddi nəticələri olacaq", - ABŞ sözçüsü bildirib. dedi.

Leavitt Trampın İrana qarşı bəzi sanksiyalar tətbiq etdiyini, eyni zamanda danışıqlar yolu ilə razılaşmaya yer açdığını və birbaşa danışıqların gedişatına uyğun hərəkət edəcəklərini bildirib.

Amerika mətbuatında çıxan xəbərlərə görə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun İranla birbaşa danışıqlar aparacağı gözlənilir.ABŞ prezidenti Tramp dünən Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə İranla birbaşa danışıqlar apardıqlarını qeyd edərək, "İranla birbaşa danışıqlar aparırıq. Ola bilsin ki, çox şey əldə olunsun. Şənbə günü (12 aprel) ən yüksək səviyyədə bir araya gələcəyik və bunun necə olacağını görəcəyik" deyib. dedi.

Mənbə:Cnn türk
Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et