Qəzza Səhiyyə Nazirinin müavini Yusuf Əbu əl-Rişin verdiyi açıqlamada Qəzzada humanitar və sağlamlıq vəziyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.

Əsas dərmanların 59 faizi, tibbi ləvazimatlarının isə 37 faizi tükənib, sərhəd qapıları bağlanıb və müalicə çətinləşib. Bildirilib ki, ölkəni tərk etməli olan 13 min xəstə və yaralının sağlamlıq vəziyyəti pisləşib.
Epidemiya zamanı qida çatışmazlığından 52 uşaq ölüb və qidaya çıxış imkanı olmadığı təqdirdə yeni ölüm hallarının olacağı bildirilib.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
