
Jurnalist Anna Vintur qalmaqallı aktrisa Reyçel Zeqleri Met Qalaya dəvət edib.
Page Six jurnalistləri qarşıdan gələn Met Gala üçün qonaqların siyahısını açıqlayıb. Müvafiq material nəşrin saytında dərc olunub.
Məlumata görə, jurnalist və Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur sərgiyə müğənni Şakiranı, pop müğənnisi Meri C.Blaycı, reperlər Lizzo və Doechii, eləcə də modellər Amelia Qrey və Eşli Qremi dəvət edib. Siyahıya bir çox idmançı, o cümlədən 23 yaşlı basketbolçu Peyc Beykers də daxildir.
Qeyd olunur ki, Vintur qalmaqallı “Snow White” filminin ulduzu, aktrisa Reyçel Zeqlerə dəvət göndərib. Lakin məşhurun nümayəndəsi “Evita” musiqili filminin məşqlərinə görə tədbirdə iştirak etməyəcəyini bildirib.
Daha əvvəl bildirilmişdi ki, 2025 Met Gala konseptinin adı Superfine: Tailoring Black Style olacaq. Sərgidə 18-ci əsrin əvvəllərində qaradərili kişilərin geyindiyi geyimlər diqqət mərkəzində olacaq. Sədrlər reper A$AP Rocky, müğənni Pharrell Williams, yarış avtomobili sürücüsü Lyuis Hamilton, aktyor Kolman Dominqo və basketbolçu LeBron Ceyms olacaq.
Mənbə: mail.ru
Tərcümə etdi: Fatimə Umarbəy
