Bu gün:

Zelenski Ukrayna qoşunlarının Rusiyanın Belqorod vilayətində olduğunu təsdiqləyib


Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə olaraq açıq şəkildə etiraf edib ki, onun qoşunları Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində fəal əməliyyatlar həyata keçirir.

"Bizim düşmən ərazisindəki sərhəd bölgələrində aktiv əməliyyatlarımız davam edir və bu, tamamilə ədalətlidir – müharibə gəldiyi yerə qayıtmalıdır",- deyə o, bazar ertəsi bəyan edib.

Zelenskinin bu açıqlamaları, həmçinin ötən il baş verən böyük hücumdan sonra Ukraynanın hələ də kiçik bir hissəsini nəzarətdə saxladığı Rusiyanın Kursk vilayətinə də istinad edir. Moskva həmin ərazinin böyük bir hissəsini sonradan geri alıb.

Prezident əlavə edib ki, əsas məqsəd Ukraynanın Sumı və Xarkov sərhəd rayonlarını qorumaq və geniş cəbhə xəttinin digər hissələrinə, xüsusilə də şərqdə yerləşən Donetsk bölgəsinə təzyiqləri azaltmaqdır.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et