Rəsmilərin bildirdiyinə görə, həftə sonu ABŞ-nin Orta qərb və cənub hissələrində bir çox ştatı bürümüş daşqın və tornado nəticəsində ən azı 22 nəfər həlak olub.
Uşaqların və qocaların da olduğu bildirilən ölümlərin təxminən yarısı Tennessi ştatında, üçü isə Missuri ştatında qeydə alınıb. Kentukki ştatında üç nəfər ölüb, İndiana, Missisipi, Corciya və Arkanzas ştatlarında da qasırğa nəticəsində itkilər qeydə alınıb.
Şiddətli hava çayların qabarmasına səbəb olub və Milli Meteoroloji Xidmət, yağışın azalmasına baxmayaraq, onlarla məntəqənin "əsas daşqın mərhələsinə" çatacağı barədə xəbərdarlıq edib.
ABŞ mediası bazar ertəsi doqquz milyona yaxın amerikalının daşqınların müşahidəsi altında olduğunu bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
