
Avropa səhmləri Asiya birjalarındakı enişlərin ardından erkən ticarət sessiyasında ciddi şəkildə ucuzlaşıb. Ticarətin başlamasından qısa müddət sonra Almaniyanın DAX indeksi təxminən 10%, Londonun FTSE 100 indeksi isə 6%-ə yaxın dəyər itirib.
Şanxay Kompozit İndeksi müəyyən bir anda 8%-dən çox, Honq Konqun Hang Seng İndeksi isə təxminən 13% azalma ilə qeydə alınıb.
Bazar ertəsi baş verən bu itkilər, keçən həftə müşahidə olunan qlobal bazar enişlərinin davamıdır. Asiya biznes müxbiri Mariko Oinin sözlərinə görə, bu vəziyyət "Asiya fond bazarlarını əhatə edən son 20 ilin ən böyük və davamlı satışlarından biridir".
Daha əvvəl ABŞ fyuçersləri də kəskin şəkildə aşağı düşmüşdü ki, bu da ABŞ bazarları açıldıqda "Wall Street"də səhmlərin də enəcəyini göstərirdi. ABŞ Prezidenti Donald Tramp isə siyasətini müdafiə edərək, Air Force One təyyarəsində jurnalistlərə bildirib: “Bəzən nəyisə düzəltmək üçün dərman qəbul etməlisən”,– BBC müxbiri Bernd Debusman Jr. həmin təyyarədə olub.
Mənbə: BBC News
Tərcümə etdi: Asiman Vəliyeva
