Bu gün:

Plaid dəyərləndirmədə 575 milyon dollar investisiya toplayıb


ABŞ-nin tanınmış fintech şirkəti Plaid, yeni investisiya raundu çərçivəsində 575 milyon dollar vəsait cəlb edib. Şirkətin dəyəri bu mərhələdə 6.1 milyard dollar olaraq qiymətləndirilib. Bu barədə Plaid TechCrunch portalına rəsmi məlumat verib.

Yeni dəyərləndirmə, 2021-ci ildə Altimeter Capital-ın rəhbərlik etdiyi investisiya turunda şirkətə verilən 13.4 milyard dollarlıq qiymətdən xeyli aşağıdır. Plaid-in nümayəndəsi bu azalmanı şərh edərək bildirib ki, bu dəyişiklik bazardakı ümumi iqtisadi şərtlərlə bağlıdır. 

Mütəxəssislər hesab edir ki, faiz dərəcələrinin yüksəlməsi, xüsusilə pandemiya sonrası dövrdə yüksək maliyyə cəlb etmiş texnoloji startapların dəyərinin azalmasına səbəb olub.

Bununla belə, Plaid-in hazırkı bazar dəyəri, 2021-ci ilin əvvəlində Visa tərəfindən təklif olunan 5.3 milyard dollarlıq alqı-satqı qiymətindən hələ də təxminən 15% daha yüksəkdir. Həmin razılaşma o dövrdə tənzimləyici orqanların müdaxiləsi ilə baş tutmamışdı.

Plaid həmçinin bildirib ki, 2025-ci ildə birjaya açılmaq – yəni IPO həyata keçirmək planları yoxdur.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə





Paylaş
Şərh əlavə et