ABŞ-dakı Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsi səbəbilə ölkədən sığınacaq istəyən bəzi ukraynalı səhvən mühacirlərə bildiriş göndərərək, dərhal ölkəni tərk etmələrini xahiş edib.

ABŞ KİV-in məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dünən və srağagün ölkədə yaşayan bəzi ukraynalılara “təcili” kodu ilə SMS göndərib.
Ölkələrindəki ukraynalılara mesajda bildirilib ki, insidentlə əlaqədar onların “müvəqqəti hüquqi statusu” ləğv edilib və onlara 7 gün ərzində “dərhal” ABŞ-ni tərk etməyə çağırılıb.
Mesaj ukraynalı mühacirlərdə qorxu və panikaya səbəb olub, daha sonra Daxili Təhlükəsizlik Departamenti mesajın “səhvən” göndərildiyini elan edib.
Daxili Təhlükəsizlik Departamentinin sözçüsü Tricia MacLaughlin yazılı açıqlamada, "Bəzi ukraynalılara göndərilən mesaj səhvən göndərilib. Onların söz mövzusu şərti sakin statusu ləğv edilməyib. Hazırda hər hansı bir tədbir görmələrinə ehtiyac yoxdur",-deyə açıqlama verilib.
Keçmiş prezident Co Bayden administrasiyası dövründə Rusiya-Ukrayna müharibəsi səbəbindən 2022-ci ilin fevralından sonra “Ukrayna üçün birlik proqramı” çərçivəsində ABŞ-ə qəbul edilmiş ukraynalı mühacirlərə verilən müvəqqəti hüquqi statusun müddəti 2026-cı ilin oktyabrında başa çatır.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
