Bu gün:

Bir sıra məşhur filmlərin ssenari müəllifi təcavüzdə ittiham olunur


26 yaşlı qadın 78 yaşlı Pol Şreyderi təcavüzdə günahlandırır. 

“Taxi Driver”, “Raging Bull”, “American Gigolo” və başqa filmlərin ssenarilərini yazan əfsanəvi Hollivud ssenaristi Pol Şreyder keçmiş köməkçisinə cinsi təcavüz etməkdə və ona təzminat ödəməkdən boyun qaçırmaqda ittiham olunur.

İş materiallarında yalnız Jane Doe kimi tanınan 26 yaşlı qadın iddia edir ki, Şreyder ötən il Kann Film Festivalında axırıncı filmi olan "O, Kanada"nın premyerası üçün olarkən onu tutaraq iradəsi olmadan öpüb.

İddialara görə, o, etiraz edib və hadisə baş verdiyi otaqdan qaça bilib. Üç gün sonra, o, iddia edir ki, 78 yaşlı Paul Şreyder onu otel otağına çağırıb, ona "ölməkdə olduğunu" deyib və sonra "ona cinsi orqanını göstərib".

Qadının vəkilləri iddia edirlər ki, Paul Şreyderin vəkilləri pulla razılaşmaya hazır olublar, lakin bir qədər “fikirdən” sonra ssenarist sövdələşmədən geri çəkilib. Onlar müqavilənin şərtlərinin icrası üçün Nyu York Ştat Məhkəməsinə vəsatət qaldırıblar.

Pol Şreyderin vəkili Filip Kessler bildirib ki, müvəkkili barışıq sazişini imzalamadığı üçün onu icra etmək mümkün deyil. "Biz bu müqavilənin pozulması iddiasını çıxılmaz, fürsətçi və qeyri-ciddi hesab edirik" deyə bildirib.

Mənbə: kinonews

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et