Tarixin dərinliklərinə səyahət edərək zamanda səyahət edirik. Öz dövrünü qabaqlayan sənətkarlar, yaradıcı zehinlər və bənzərsiz dizaynlarla tanış oluruq. Hər bir artefaktda valehedici detallar gizlidir və siz bu dünyaların hər birində ayrı bir sehrlə qarşılaşacaqsınız. "Reddit" platformasından seçdiyimiz bu 6 nadir tarixi əsər arasında sizi çox heyrətləndirəcək.
1. Fatehpur Sikri bölgəsində yerləşən Birbalın Evi

1571-ci ildə inşa edilən bu gözqamaşdırıcı tikili Böyük Moğol hökmdarı Əkbərin iki əsas xanımı – Ruqayyə Bəgüm və Salima Sultan Bəgümün yaşadığı saray hesab olunur. Sarayın dörd otağı, açıq girişlər və iki düzbucaqlı eyvan vasitəsilə bir-birinə birləşir. Üst mərtəbələrdəki günbəzlər tərs lotus və kalash motivləri ilə bəzədilib. Saray eyni zamanda oyma dayaqlar, lintel və tir elementləri ilə də seçilir.
2. Cameo texnikası ilə dəniz ilbizinə işlənmiş qadın fiqurları

Cassis madagascariensis növü dəniz ilbizi üzərində cameo texnikası ilə işlənmiş bu əsər 1925-ci ildə Ascione şirkəti tərəfindən hazırlanıb.
3. Mizdakhan antik şəhəri – Adəmin Qəbri

Özbəkistanın qərbində Qaraqalpaqıstan vilayətində Nukus şəhəri yaxınlığında yerləşən Mizdakhan nekropolu ölkənin həm mənəvi həm də tarixi baxımdan ən əhəmiyyətli məkanlarından sayılır. Yerli inanca görə bu ərazi ilk insan Adəmin məzarıdır. Əfsanəyə əsasən, türbənin son kərpici yerindən düşəndə dünya sona çatacaq. Bu səbəbdən hər il zəvvarlar türbənin ərazisini genişləndirməyə çalışırlar.
4. Pompeyidə sirli Dionis kultuna aid freskalarla bəzədilmiş otaq

Vezuvi vulkanının eramızın 79-cu ilindəki püskürməsindən təxminən bir əsr əvvələ aid edilən bu divar rəsmləri qədim Romada fəaliyyət göstərən gizli kult ayinləri haqqında mühüm məlumatlar verir.
5. 1876-cı il – Çin “ay qapısı” çarpayısı
Saten ağacından digər Asiya ağac növlərindən və fil sümüyündən hazırlanmış bu nadir çarpayı təxminən 1876-cı ilə aiddir. Hazırda ABŞ-də Peabody Essex Muzeyində sərgilənir.
6. Cassis rufa növü dəniz ilbizinə işlənmiş Hyperion və Theia'nın qızları

Bu əsərdə Cassis rufa növü ilbizin üzərində oyulmuş və qızıl çərçivəyə salınmış Eos və Selene – Hyperion və Theia'nın qızları təsvir olunub. 19-cu əsrə aid olan bu relif broş Gündüz və Gecə anlayışlarının alleqoriyası kimi təqdim edilib.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
