Bu gün:

Timoti Haunq vəzifədən azad edilib


ABŞ prezidenti Donald Trampın administrasiyası Milli Təhlükəsizlik Agentliyi (NSA) və Kiber Komandanlığın rəhbəri Timoti Haunqu vəzifədən azad edib. Bu barədə “TechCrunch” məlumat yayıb.

Timoti Haunq 2024-cü ilin fevralında bu vəzifəyə təyin olunmuşdu. O, ölkənin əsas telefon dinləmə və kəşfiyyat orqanı olan NSA-ya rəhbərlik etməklə yanaşı, ABŞ-nin rəqiblərinə qarşı hücum yönümlü kiber əməliyyatlar həyata keçirən Kiber Komandanlığa da nəzarət edirdi.

Haunqun vəzifədən azad edilməsindən az sonra agentliyin baş mülki rəhbəri, NSA-nın müavin direktoru Wendy Noblin də işdən azad edildiyi bildirilib. Hazırda NSA və Kiber Komandanlığa kimin rəhbərlik etdiyi ilə bağlı rəsmi məlumat verilməyib.

Məsələ ilə bağlı açıqlama verən senator Mark Varner, Haunqun vəzifədən kənarlaşdırılmasını “təəccüblü” adlandırıb. Varner hazırda Senatın Kəşfiyyat Komitəsinin sədr müavini vəzifəsini icra edir.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə


Paylaş
Şərh əlavə et