Bu gün:

Nazir Hakan Fidan NATO ilə görüşlərdə iştirak edib


Xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO xarici işlər nazirləri ilə birgə görüşdə iştirak edib. 

İclas çərçivəsində Hakan Fidan, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə görüşlər keçirib və müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirdiyi görüşlərlə bağlı sosial media hesabında paylaşım edib və Yunanıstanın xarici işlər naziri Yerapetritis ilə görüşdüyünü bildirib. Xarici işlər nazirliyinin paylaşımında da qeyd olunub ki, Fidan bu görüşü Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin görüş çərçivəsində həyata keçirib. İclas zamanı nazir Fidan Almaniya, Ukrayna və Yunanıstan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşdükdən sonra ABŞ dövlət katibi Marko Rubio ilə də görüş keçirib.


Mənbə: BBC News

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et